Amin Musayev əsirlikdən azad edilib? – Qohumundan AÇIQLAMAbackend

Amin Musayev əsirlikdən azad edilib? – Qohumundan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

II Qarabağ müharibəsində əsir düşən Amin Musayevin ailəsinə qaytarılması ilə bağlı şayiə yayılıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə hərbi formada olan və Aminə bənzəyən oğlanın videosu paylaşılaraq, onun qaytarıldığı iddia edilib. Bununla bağlı məlumatları isə Amin Musayevin yaxın qohumu Çinarə Əliyeva təkzib edib.

O, bu cür şayiələrin ailənin ciddi narahatlığına səbəb olduğunu bildirib.

Qeyd edək ki, videoda zahirən Amin Musayevə bənzəyən hərbi geyimli cavan oğlanın orta yaşlı qadınla qucaqlaşması əks olunub. Sosial şəbəkələrdə isə bu kadrlar Aminin əsirlikdən azad edilməsi başlığı ilə paylaşılıb.

Xatırladaq ki, Beynəlxalq Qızıl Xaç Komitəsi və Ombudsman Aparatı bir neçə gün əvvəl əsirlərimizlə bağlı məsələni nəzarətdə saxladıqlarını bildiriblər.