Amin Musayev evinə döndü – FOTObackend

Amin Musayev evinə döndü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsində yaralanaraq düşmənə əsir düşən və sonradan Azərbaycana qaytarılan hərbçimiz Amin Musayev bu gün evinə, doğulduğu Ağstafa rayonuna gəlib.

NOCOMMENT-in baku.ws-ə istinadən verdiyi məlumata görə, onu ailə üzvləri, yaxınları və dostları qarşılayıb.

Məlumat üçün bildirək ki, Amin Musayev evin tək övladıdır və yaralanaraq düşmənə əsir düşmüşdü. Hərbçimiz üçtərəfli razılaşmaya əsasən, Azərbaycana qaytarılıb.

Amin Musayev dünən Bakı şəhərində əmisinin qonağı olub, bu gün isə doğulduğu Ağstafa rayonuna qayıdıb.