Amnesty International-ın müstəntiqi Kəlbəcərdəki erməni vandalizmindən yazıbbackend

Amnesty International-ın müstəntiqi Kəlbəcərdəki erməni vandalizmindən yazıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Amnesty International”ın böhrana qarşı mübarizə üzrə baş müstəntiqi Donatella Rovera Kəlbəcər rayonunda monitorinq keçirib.

NOCOMMENT.az xəbər verir ki, o bu barədə “Twitter”də paylaşım edib.

“Dağlıq Qarabağın Kəlbəcər bölgəsindəki bir qəbiristanlıqda, 1993-cü il erməni işğalından əvvəl burada dəfn edilmiş azərbaycanlıların məzarları dağıdılıb. Bəzi qəbirlər isə 27 illik işğaldan sonra keçən həftə ərazini tərk edən ermənilər tərəfindən təzəlikcə dağıdılıb. Kəlbəcərə gedən yolda minalar, aşan tanklar, atılan hərbi dəbilqələr və tərk edilmiş hərbi müdafiə mövqelərini görmək olar”, – deyə Rovera qeyd edib. “MediaPost”