Amnistiya Aktının icrasına başlandı – RƏSMİbackend

Amnistiya Aktının icrasına başlandı – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktının icrasına başlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda aktın tətbiqi və icrası ilə bağlı işlər davam etdirilir. Noyabrın 11-də Ədliyyə Nazirliyinin inzibati binasında Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masa da keçiriləcək.

Xatırladaq ki, Milli Məclis noyabrın 5-də Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Amnistiya Aktı ümumilikdə 16 min nəfərə şamil ediləcək, 3 min nəfər məhkum isə cəzasının çəkilməmiş hissəsindən azad ediləcək.