“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Bu, olduqca nəcib və humanist bir addımdır. Onu demək yerinə düşər ki, cənab Prezidentin həyata keçirdiyi siyasi xəttin mərkəzində həmişə Azərbaycan vətəndaşı dayanır və humanizm, mərhəmət prinsipləri onun idarəetmə fəaliyyətinin əsas iqtiqamətlərini təşkil edir. Azǝrbaycan Respublikasının qanunvericilik sisteminin, hǝmçinin cinayǝt mǝsuliyyǝti vǝ cǝzadan azad etmǝ insitutunun ayrılmaz tǝrkib hissǝlǝrindǝn biri amnistiya aktıdır. Əfv sǝrǝncamı prezident insitutu tǝrǝfindǝn qǝbul edildiyi halda amnistiya aktını qǝbul etmǝk Qanunverici orqanın (Milli Mǝclisin) sǝlahiyyǝtindǝdir vǝ o, müǝyyǝn kateqoriyadan olan şǝxslǝri cinayǝt mǝsuliyyǝtindǝn vǝ ya cǝzadan tam vǝ ya qismǝn azad edir. Ağır vǝ xüsusilǝ ağır cinayǝtlǝr törǝtmiş şǝxslǝr, bir qayda olaraq, amnistiya aktlarının tǝsir dairǝsinǝ daxil edilmir”
NOCOMMENT.az xəbər verir ki, bu fikirləri ERAmedia-ya açıqlamasında Hüquqşunas Elşən Həsənov deyib.
O qeyd edib ki, bu akt ǝsasǝn böyük ictimai tǝhlükǝ törǝtmǝyǝn vǝ az ağır cinayǝtlǝr kateqoriyasına aid olan ǝmǝllǝri törǝtmiş şǝxslǝrǝ, hǝmçinin ehtiyatsızlıqdan cinayǝt törǝtmǝyǝ görǝ mǝhkum edilmiş şǝxslǝrǝ şamil edilir. İlk dǝfǝ cinayǝt törǝtmiş şǝxslǝr amnistiya aktlarının ǝsas hǝdǝf qruplarından biridir. Yetkinlik yaşına çatmayan şǝxslǝr dǝ qanunvericilikdǝ xüsusi kateqoriya kimi nǝzǝrdǝ tutulur. Bundan ǝlavǝ, qadınlar, xüsusilǝ azyaşlı uşaqları olan analar amnistiya aktlarında üstünlük verilǝn kateqoriyalar sırasında yer alır.
Elşən Həsənovun sözlərinə görə, yaşı 60-dan yuxarı olan kişilǝr vǝ 55-dǝn yuxarı olan qadınlar da müǝyyǝn hallarda amnistiyaya düşǝ bilirlǝr. Əlilliyi olan şǝxslǝr vǝ sağlamlıq vǝziyyǝti ağır olan mǝhkumlar da amnistiya aktlarının ǝhatǝ dairǝsinǝ daxil edilir. Amnistiya aktının onun tǝsiri altına düşǝn şǝxslǝr barǝsindǝ tǝtbiq edilib edilmǝmǝsinin mümkünlüyünün yoxlanılması qǝrarla müǝyyǝn edilmiş müvafiq orqan tǝrǝfindǝn hǝyata keçirilir:
“Cǝza çǝkǝn mǝhkumun barǝsindǝ amnistiyanın tǝtbiqi cǝzanı icra edǝn müǝssisǝ vǝ ya orqan tǝrǝfindǝn amnistiya aktının müddüǝalarına uyğun hǝyata keçirilir. Amnistiya aktının tǝtbiq edilmǝmǝsi vǝ ya düzgün tǝtbiq edilmǝmǝsi haqqında mǝhkumun ǝrizǝsinǝ amnistiya aktı vǝ cinayǝt qanunun müddüǝalarına uyğun olaraq, cǝzanı icra edǝn müǝssisǝ vǝ ya orqanın mülahizǝsi nǝzǝrǝ alınmaqla cǝzanın çǝkdiyi yer üzrǝ birinci instansiya mǝhkǝmǝsi tǝrǝfindǝn baxılır. Cinayǝt qanunu cinayǝt törǝtmiş şǝxsin cǝzalandırılması ilǝ yanaşı hǝmin şǝxsin islah edilmǝsini dǝ cǝzanın mǝqsǝdi kimi nǝzǝrdǝ tutur. Amnistiya aktını icra edǝn orqanlar tǝrǝfindǝn aparılan tǝdqiqatlar şǝxsin cinayǝt mǝsuliyyǝtinǝ cǝlb olunmasından, cǝza çǝkmǝkdǝn vǝ ya cǝzanım qalan hissǝsinin çǝkmǝdǝn islah oluna bilǝcǝyini ehtimal edirsǝ demǝk ki, cǝzanın mǝqsǝdinǝ artıq nail olunmuşdur”.
Bu amnistiya təşəbbüsü hüquq, dövlətçilik, humanizm və mərhəmət prinsipləri, post-müharibə dövründə sosial reinteqrasiya, eləcə də Konstitusiyanın ölkənin bütün ərazilərində tam tətbiqi baxımından yüksək əhəmiyyət kəsib edir deyə hüquqşunas əlavə edib.













