Amnistiyaya düşənlər artıq AZADLIQDADIRLARbackend

Amnistiyaya düşənlər artıq AZADLIQDADIRLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırkı amnistiya aktı 4 bölmə 45 hissədən ibarətdir.

NOCOMMENT xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, birinci bölmədə amnistiya şamil edilən şəxslərin siyahısı, ikinci bölmədə tətbiq edilən məhdudiyyətlər, üçüncü bölmədə aktın qüvvəyə minməsi, dördüncü bölmədə isə icra prosesi göstərilir:

“Bütün statistik məlumatlar tədqiq edildi və 5800 məhkuma, probasiya üzrə isə 8800 nəfərə amnistisiya şamil edildi. Amnitsiyanın şamil edildiyi 17 min nəfərdən, 15 mini Ədliyyə Orqanları tərəfindən icra olunacaq. Bu amnistiya aktı digərlərindən əhatəsinin genişliyi ilə fərqlənir.

Penitensiar Xidmət tərəfindən Zəfər münasibətilə imzalanan amnistiya aktının sabahı gün 36 nəfər, bu günə qədər isə 101 nəfər amnitsiya aktı ilə azadlığa buraxılıb”.