Amrah Bankın sahibinin oğlunun məhkəməsi keçirilibbackend

Amrah Bankın sahibinin oğlunun məhkəməsi keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail Rayon Məhkəməsində “Amrah Bank”ın Müşahidə Şurasının və “Amrah Sığorta”nın Direktorlar Şurasının üzvü Ülvi İldırımzadənin barəsində seçilən həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

NOCOMMENT xəbər verir ki, hakim Mədinə Bağırovanın sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, təqdimat təmin olunub.

Qeyd edək ki, Ü.İldırımzadə xüsusilə külli miqdarda (500 min manatdan artıq) mənimsəmə, vəzifə saxtakarlığında ittiham edilir.