Ana və övladları dəm qazından zəhərləndilərbackend

Ana və övladları dəm qazından zəhərləndilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ana və 3 azyaşlı övladı dəm qazından zəhərlənib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb.

1984-cü il təvəllüdlü Aygün Məlik qızı Nuriyeva və onun azyaşlı övladları – 2010-cu il təvəllüdlü Aysu Yunis qızı Mənsimli, 2012-ci il təvəllüdlü Zəhra Yunis qızı Mənsimli və 2016-cı il təvəllüdlü Ceyhun Yunis oğlu Mənsimli yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.