Analitik Ukrayna ərazisindən qaz tranzitinin gələcəyini dəyərləndiribbackend

Analitik Ukrayna ərazisindən qaz tranzitinin gələcəyini dəyərləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov bildirib ki, nə Rusiya, nə də Ukrayna tərəfi hazırkı qaz tranziti sazişinin uzadılmasında maraqlı deyil.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.

Ekspert vurğulayıb ki, belə bir müqavilə “Qazprom” üçün sərfəli deyil və onun müddəti uzadılacağı təqdirdə, Kiyev maraq göstərmədiyi Moskva ilə bundan sonra da əməkdaşlıq etmək istədiyini nümayiş etdirəcək.

Yuşkovun sözlərinə görə, hazırda Rusiya qazının Ukrayna ərazisindən tranzitinin ümumiyyətlə davam edib-etməyəcəyi bəlli deyil. Əgər tranzit olmasa, o zaman Avropa ölkələri zərər çəkəcək, burada qazın qiyməti xeyli artacaq.