Anam dedi ki, polislər onu hansısa qaranlıq məhlədə atıb, çıxıb gediblər – VİDEObackend

Anam dedi ki, polislər onu hansısa qaranlıq məhlədə atıb, çıxıb gediblər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Onunla görüşə bilmirdik. Şübhələndik ki, qardaşıma nəsə edərlər. Oktyabrın 10-da qardaşımı görəndən sonra bəlli oldu ki, onu döyüblər. Gözünün altı şişdir, işgəncələr ediblər. Qardaşımın dediyinə görə, onu 4 gün, 4 gecə “padval”da saxlayıblar, döyüblər ki, cinayəti öz üzərinə götürsün”.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bunu məhkəmə sərbəst buraxdıqdan sonra polisin saxlaması ilə müzakirələrə səbəb olan Qəhrəmanov İsmayılın qardaşı Qəhrəmanov İbrahim deyib.

“Qardaşım deyib ki, onun burnunu sındırıblar, vəhşicəsinə döyüblər. “Rəhm etmirdilər, elə bil ki, mən ya vətən xainiyəm, ya nəsə böyük bir şey etmişəm. Adam öldürmüşəmmi, mənə belə davranırlar? Hər üsula əl atırdılar ki, mən cinayəti boynuma alım”, – qardaşım belə şeylər deyirdi”, – deyə İbrahim Qəhrəmanov bildirib.

İbrahim Qəhrəmanovun sözlərinə görə, polislər onun anasını avtomobillə aparıb qaranlıq ərazidə düşürüblər: “Dünən qardaşımı maşına qoyub Xətai rayonundakı idarəyə apardılar. Anam görüb ki, qardaşımı maşına basırlar, o da qışqırıb ki, məni də aparın, mən də oğlumla gedirəm. Anamı ikinci bir maşına mindirib aparıblar. Sonra tanımadığım nömrədən zəng gəldi, anam idi, dedi ki, polislər məni hansısa qaranlıq məhlədə atdılar, məni azdırdılar, özləri çıxıb getdilər. Qardaşımı da bölməyə apardılar.

Dünən həmin şöbənin qarşısına gələndə, gördüm ki, təcili tibbi yardım gəlib, yəqin ki, qardaşımın halı çox pis imiş. Tibbi yardımın əməkdaşları çıxandan sonra necə olduğunu soruşmaq istəyəndə, polislər gəldi, mənim qabağımı gəsdilər, onlara əmr edlədilər ki, sür, dayanma, bunlara heç nə demə. Heç bir aman vermədilər ki, qardaşımın halı ilə maraqlanım”.