ANAMA: İki min hektardan çox ərazi mina və PHS-dən tam təmizlənibbackend

ANAMA: İki min hektardan çox ərazi mina və PHS-dən tam təmizlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Tərtər, Xocavənd rayonlarında, o cümlədən Şuşa şəhərində evlərin və həyətyanı ərazilərin minalardan təmizlənməsi həyata keçirilir.

NOCOMMENT xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov bildirib: “Bu günədək aparılan əməliyyat tədbirləri zaman 2051 hektar ərazi mina və partlamamış hərbi sursatdan tam təmizlənib. Əməliyyatlar zamanı 18 min 648 mina və partlamamış hərbi sursat tapılıb və zərərsizləşdirilib”.