ANAMA işçi axtarır – 499 manat maaş…backend

ANAMA işçi axtarır – 499 manat maaş…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad olunmuş ərazilərdə aşpaz, qabyuyan, gözətçi, fəhlə, xadimə, xidmətçi vəzifələrində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir.

Bu barədə NOCOMMENT.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Vakant vəzifə Aylıq vəzifə maaşı (manat)
Aşpaz 499
Qabyuyan 437
Gözətçi 420
Fəhlə 420
Xadimə, xidmətçi 384

 

Yuxarıda göstərilən vəzifə maaşlarına qüvvədə olan qanunvericiliyə uyğun olaraq əmək şəraitinə görə əlavələr daxildir. Həmçinin, işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulmuşdur.

Maraqlananlar aşağıda göstərilən sənədləri [email protected] ünvanına göndərməlidir.

  • müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);
  • əmək kitabçasının surəti (olduğu halda).

Sənəd qəbulu cari ilin 31 may tarixinədək həyata keçiriləcək. Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.