ANAMA-nın əməkdaşı minaya düşdübackend

ANAMA-nın əməkdaşı minaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 26-da Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Bu barədə NOCOMMENT.az -a ANAMA-dan bildirilib.

O, hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılır. Vəziyyəti qənaətbəxşdir.