Ananas qabığının FAYDALARIbackend

Ananas qabığının FAYDALARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həm çox faydalı, həm də ləzzətli olan ananasın qabığı da xaricdən sərt və dikənli görünsə də bir çox şey üçün xeyirlidir.

NOCOMMENT.az-ın məlumatına görə xüsusi ilə ananas qabığının çayı olduqca faydalıdır.

Ananas qabığı arıqlamağa kömək edir

Ananasın daxili qabığında iki dəfə çox bromelain var. Məhz buna görə də həzmə və arıqlamağa kömək edən qidalar arasındadır. Ananas qabığı selüliti effektiv şəkildə təmizləyir. Mükəmməl sidikqovucu olduğundan bədəninizdəki artıq mayeləri atmağa imkan verərək arıqlamağınıza səbəb olur. Arıqlamaq üçün mütləq ananas qabığı çayı istehlak etməlisiniz.

Ananas qabığı çayının resepti

1 ananasın qabığını yaxşı yuyun,  tikanlı qabığın yaşıl hissəsini doğrayın və 1 saat duzlu suda saxlayın. Duzlu suyu tökün və ananas qabıqlarının üzərinə 2 litr su əlavə edin. Sonra 1 parça zəncəfil, 1 ədəd darçın və sonda yarım parça limon atın və bir neçə dəqiqə qaynadın. Yeməkdən sonra gündə 3 dəfə istehlak edin.

Ananasda bol olan bromelain komponenti öskürəyi dayandırır. Qabığını yemək çətin olduğundan suyunu hazırlaya bilərsiniz. Ananas qabığını yuyub doğrayın və bir qaba qoyun. Qabıqların üzərini örtəcək qədər qaynar su əlavə edin. 1 saat gözlədikdən sonra suyu süzün və bal əlavə edin. Ananas qabığının suyu bal ilə birləşəndə ​​öskürəyi dərhal dayandıracaq!

Ananas qabığındakı faydalı fermentlər ayaqdakı kallusu təbii şəkildə yumşaldır. Ananası soyduqdan sonra qabığın daxili hissəsini kallusun üstünə qoyun və bir gecə saxlayın. Ölü dəriləri asanlıqla parçaladığı üçün çürüklərdən asanlıqla qurtula bilərsiniz.

Bromelain xərçəngə qarşı çox uğurlu bir qoruma təmin edir. Ananas kemoterapiya ilə birləşərək xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır. Həmçinin prostat və kolon (qalın bağırsaq)  xərçəngindən qoruyan beta-karotenlə də zəngindir.