Anar Kərimov: “Ermənistan tərəfinin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edəcəyik”backend

Anar Kərimov: “Ermənistan tərəfinin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Monitorinqlərimizin nəticələri göstərir ki, işğaldan azad olunmuş ərazilərdə 95%-ə yaxın tarix-mədəniyyət abidələri dağıdılmış vəziyyətdədir.”

“NOCOMMENT”-in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib. O bildirib ki, hazırda monitorinq işləri davam edir:

“Bildiyiniz kimi, ötən il cənab prezident İlham Əliyev tərəfindən işğaldan azad olunan ərazilərdə monitorinqlərin aparılmasına dair sərəncam imzalanıb. Nazirliyimiz tərəfindən nümayəndələrimiz həmin ərazilərə göndərilib. Ötən ilin noyabrından etibarən 400-dən çox tarix-mədəniyyət abidələri aşkar edilib. 150-yə yaxın yeni aşkar edilmiş abidələr var. O abidələr ki, onların adı reyestrdə yox idi. Eyni zamanda 800-dən çox mədəniyyət müəssisələri aşkar edilib. Hələ də monitorinqlər davam edir. Çünki elə ərazilər var ki, bizim nümayəndələr gedib çıxa bilməyib. Burada həm mina həm də ərazi, landşaft çətinlikləri var. Amma bu iş davam etdirilir. Təbii ki, monitorinqlər bitəndən sonra biz nəticələri beynəlxalq təşkilatlara göndərəcəyik. Ermənistan tərəfinin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edəcəyik. Dağıdılan abidələr göstərir ki, bu, hərbi cinayətdir. Bu, bəşəriyyətə qarşı cinayətdir.”