Anardan saxta diplom qalmaqalına reaksiya: Araşdırırıqbackend

Anardan saxta diplom qalmaqalına reaksiya: Araşdırırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Sayman Aruzun məlum məsələsi ilə bağlı müzakirə aparırıq. Bu məsələ araşdırılacaq.

NOCOMMENT xəbər verir ki, bunu kult.az-a Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar qurumun Güney Azərbaycan şöbəsinin müdiri Saman Həsənzadənin (özünü Sayman Aruz kimi təqdim edir ) onun adından 150 manata saxta Fəxri Fərman satmasına münasibət bildirərkən deyib.

AYB sədri qeyd edib ki, hazırda bu məsələnin araşdırılmasında müəyyən çətinlik yaranıb: “Çünki hazırda yay aylarıdır. Gərək Yazıçılar Birliyinin katibləri yığışsın, biz də araşdıraq, görək nə məsələdir. Ondan sonra məsələ ilə bağlı qərar çıxararıq”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin müdiri Saman Həsənzadənin  saxta diplom biznesi ilə bağlı sensasion faktlar üzə çıxıb. Məsələ ilə bağlı artıq Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə müraciət edilib.