Andranik Köçəryan: Ermənistanın ordusu yoxdur, onlar silahlı şəxslərdirbackend

Andranik Köçəryan: Ermənistanın ordusu yoxdur, onlar silahlı şəxslərdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik üzrə Daimi Komissiyasının sədri Andranik Köçəryan qanunverici orqanın tribunasında ölkənin Müdafiə Nazirliyinin Qarabağ müharibəsindəki əməliyyatları haqqında növbəti dəfə aşağılayıcı fikirlər səsləndirib.

Bu barədə NOCOMMENT Ermənistan mətbuatına istinadən xəbər verir.

Parlamentin komissiya sədri bildirib ki, Ermənistan ordusu mövcud deyil. “Ordu praktik olaraq yoxdur, onlar ancaq silahlı şəxslərdir”, – deyə Andranik Köçəryan qeyd edib.

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti isə öz növbəsində deputatın fikirlərinə qəti etiraz edib: “Biz müharibə dövründə ordunun rolunu bu qədər çox kiçiltməyə çalışmasını Köçəryanın vicdanının öhdəsinə buraxırıq”. Nazirlik bildirib ki, bu açıqlama minlərlə erməni hərbçi üçün təhqirdir.

“Əgər Köçəryan həqiqətən belə düşünürsə, onda Müdafiə Nazirliyi əsgərdən zabitədək hərbçilərin qarşısında üzr istəməsi şərtilə onu Ermənistan ordusunda məmnuniyyətlə müşayiət edəcək. Hər kəs qarşısında”, – deyə nazirliyin bəyanatında bildirilib.