Andrey Sibiqa: Ukraynanın müstəqilliyi Avropanın təhlükəsizliyinin təməl daşıdırbackend

Andrey Sibiqa: Ukraynanın müstəqilliyi Avropanın təhlükəsizliyinin təməl daşıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Müstəqillik Günü güclü bir xatırlatmadır: biz təkcə Ukraynanın sərhədlərini deyil, həm də qaydalara əsaslanan beynəlxalq nizamı və ümumbəşəri insan dəyərlərini müdafiə edirik.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa “X” hesabında yazıb.

“Ukraynanın müstəqilliyi Avropanın təhlükəsizliyinin və dünya üzrə azadlığın gələcəyinin təməl daşıdır”, – deyən XİN başçısı Ukraynaya dəstək olan tərəfdaş ölkələrə təşəkkür edib.

“Birliyimiz – həqiqət və ədalətin qalib gəlməsi üçün əsas şərtdir”, – nazir qeyd edib.

Qeyd edək ki, avqustun 24-ü Ukraynanın Dövlət Müstəqilliyi Günüdür.