Angelina Jolie moda dünyasına qatıldıbackend

Angelina Jolie moda dünyasına qatıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ aktrisası Ancelina Coli qaçqınlara və imkansız qruplara dəstəyi daha davamlı etmək üçün yeni moda təşəbbüsü başlatdığını açıqlayıb.

NOCOMMENT xəbər verir ki, sosial media hesabından paylaşım edən Coli iştirakçıların ustaları, modelistləri və sahibkarlarının “Atelier Jolie” adını verdiyi marka ilə öz istehsallarını edəcəklərini açıqlayıb.

Layihə çərçivəsində istifadə olunmayan materiallardan istifadə ediləcəyinə diqqət çəkən Coli, öz qabiliyyətləri istiqamətində qaçqın və imkansız qruplardan ibarət böyük bir komandanı bir araya gətirəcəklərini və bu qruplara dəstəyi davamlı hala gətirməyi hədəflədiklərini vurğuladı.

Layihənin “mədəni irsin zənginliklərini paylaşmağa kömək etmək və (moda) təşəbbüslərinin inkişafına dəstək olmaq” niyyətində olduğunu ifadə edən Coli, müştərilərin köhnə paltarlarını təmir etmək və ya dəyişdirmək imkanına da sahib olacağını bildirib.

Qeyd edək ki, Coli 2022-ci ilin dekabrında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) xoşməramlı səfiri vəzifəsindən istefa verəcəyini və qaçqınlar və yerli təşkilatlarla birbaşa əlaqələr quraraq “fərqli işləməyin” vaxtının gəldiyini hiss etdiyini söyləmişdi.