Anglo-Asian Mining: Gədəbəy yatağına heç bir ziyan dəyməyibbackend

Anglo-Asian Mining: Gədəbəy yatağına heç bir ziyan dəyməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-Ermənistan arasında sentyabrın 27-də başlamış Vətən müharibəsi zamanı Azərbaycanın “Gədəbəy” yatağına heç bir fiziki ziyan dəyməyib.

NOCOMMENT xəbər verir ki, bu barədə Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkətinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, yataq normal qaydada fəaliyyətini davam etdirir: “Artıq Azərbaycan torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərə son qoyulduqdan və müharibənin dayandırılması ilə bağlı bəyannamə imzalandıqdan sonra, “Anglo-Asian Mining Plc.” 1997-ci ildə Azərbaycan ilə Hasilatın Pay Bölgüsü Sazişinə daxil olan üç müqavilə sahəsi üzrə planlarını açıqlayacaq. Çünki, bu yataqlar artıq əlçatan hala gəlib”.

“Anglo-Asian Mining Plc.” Şirkətinin baş direktoru Reza Vəziri bildirib ki, bu il şirkət üçün çox çətin bir il olub: Onun sözlərinə görə, çətinliklər COVID-19 pandemiyası səbəbilə davam edən məhdudiyyətlərlə başlayıb. İli Azərbaycan və Ermənistan və beynəlxalq sülhməramlılar arasında imzalanan müharibənin dayandırılması ilə bağlı bəyannamənin imzalanması ilə yekunlaşdırırıq”.

R.Vəziri qeyd edib ki, bütün bu maneələrə baxmayaraq, şirkət fəaliyyətini davam etdirir və il ərzində 100 milyon ABŞ dollarından çox dövriyyəyə nail olma yolunda hədəfə doğru irəlliləyir. Bununla yanaşı, şirkət əhəmiyyətli dərəcədə balansını möhkəmləndirib və səhmdarlarına dividend ödəyir”.

Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan “Uğur” yatağında da hasilatla məşğuldur.