Ani ölümdən xilas olmaq istəyirsinizsə, bunu edin! – VACİB MƏSLƏHƏTbackend

Ani ölümdən xilas olmaq istəyirsinizsə, bunu edin! – VACİB MƏSLƏHƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbdə miokard infarktı kimi tanınan infarkt, ürək əzələsinin kifayət qədər qan axını və oksigen ala bilməməsi və ürəyi qanla təmin edən damarlarda yağ və xolesterin yığılması nəticəsində yaranan tıxanma nəticəsində ölməyə başlamasıdır.

NOCOMMENT.az Yenisabah.az-a istinadən xəbər verir ki, miokard infarktı olaraq da bilinən infarkt, koronar damarların tıxanması nəticəsində ürək əzələsinə oksigenlə qan axınının azalması və ya tamamilə dayandırılması şəklində toxuma ölümü olaraq təyin edilə bilər. Xüsusilə infarkt zamanı bir neçə dəqiqəlik sinə ağrısı və ya sıxılma hissi kimi simptomlar ürək əzələsinin oksigendən məhrum olmasından qaynaqlanır.

Ürək-damar sisteminin qəfil tıxanması nəticəsində meydana gələn infarktda ən vacib məqam, ürək ağrısı kimi əlamətlər görünən kimi insanın tam təchiz olunmuş xəstəxanaya müraciət etməli və sağlamlıq xidməti almasıdır. Çünki orta hesabla infarktdan ölənlərin yarısı infarkt başlayandan sonrakı ilk saat ərzində baş verir. Əslində, infarkt zamanı ilk yardıma mümkün qədər tez başlansa, tıxanmış damarı açan müalicə üsulları ən qısa zamanda tətbiq oluna və ürəyin zədələnməsinin qarşısı alına bilər. Xəstənin xəstəxanada müalicəsində vacib olan, tez diaqnoz qoyulması və lazımi müdaxilədir. 

İnfarkt zamanı insan tək olarsa;

Ürək böhranı zamanı tıxanmış damarı açmaq üçün insanın edə biləcəyi heç bir manevr yoxdur.

İlk növbədə, ağrılar başlayan kimi xəstə yaxınlarına zəng edərək vəziyyəti onlara bildirməlidir.

Yerin qapısı açıq qalmalıdır. Bu yolla köməyə gələcək adamın işi asanlaşar.

Güclü öskürək müvəqqəti olaraq qan axını artıra bilər. Başlanğıc laxtanın yerindən çıxma ehtimalı çox aşağı olsa da, insan burun dəliklərini bağlamalı və güclə öskürməlidir.

Əgər evdə aspirin varsa, onu bir stəkan su ilə qəbul etmək lazımdır.

Bundan əlavə, heç vaxt bir şey yeməməli və içməməlisiniz.

Oksigenin otağa daxil olması üçün pəncərə açılmalıdır.

Uzanaraq və ya oturaraq kömək gözləməlisiniz. Ayaqda dayanmamalısınız. Çünki xəstəxanaya ürək tutması ilə gələn xəstənin travma problemi olmamalıdır. Bir şəxs yıxılıb başı harasa dəysə, başdan vurulan zərbə səbəbiylə infarktın müalicəsi mümkün olmaya bilər.

Ağrıları azaltmaq üçün məşq edilməməlidir.

Heç vaxt soyuq və ya isti suyun altına girməməlisiniz. Xüsusilə soyuq su belə vəziyyətlərdə çox təhlükəlidir. Çünki ürək damarlarını daraldır və tıxanmayan damarların daralmasına səbəb olur.

Yanınızda kimsə infarkt keçirirsə;

Əgər sağlamlıq təcrübəniz yoxdursa, infarkt keçirən birinə müdaxilə etməyin, heç bir dərman vasitəsi verməyin. Dərhal təcili yardıma müraciət edin və xəstəni ən yaxında yerləşən tam təchiz olunmuş xəstəxanaya çatdırın.

Bu vaxt infarkt keçirən şəxsi uyğun yerə yatırın.

Ayaqları ürək səviyyəsindən yuxarı qaldıraraq ürəyə qan axını artırmağa çalışın.

Dar paltarları açmaq və ya qalstuku açmaq kimi köməkliklər edin.

Əsas odur ki, xəstəni müayinə və müalicələrin yerində və lazımi qaydada həyata keçirilə biləcəyi xəstəxanaya çatdırasınız.