Ankara və İrəvan arasında şok müzakirə: Paşinyan tarixi səhvi düzəldə bilərbackend

Ankara və İrəvan arasında şok müzakirə: Paşinyan tarixi səhvi düzəldə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ikitərəfli əlaqələrin normallaşdırılmasına dair ilk görüşü Moskvada keçirildi. Bu təmaslar Ankara tərəfindən reallaşdırılır, buna görə də Moskvanın prosesi əngəlləməsi mümkün görünmür. Əks təqdirdə Ankara-Moskva münasibətlərində problemlər yarana bilər”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, tərəflər görüşdə əlaqələrin normallaşdırılmasına dair danışıqların ilkin şərt olmadan davam etdirilməsinə razılaşıb: “Azərbaycan tərəfi bu təmasları alqışlayıb. Təbii ki, Türkiyə tərəfi Ermənistanla danışıqlarda Azərbaycanın maraqlarını nəzərə alır. İlk növbədə, iki ölkə arasında sərhədlərin açılması Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanınması ilə nəticələnməlidir. Ankara bunu dəfələrlə bəyan edib. Qənaətimə görə, Türkiyə buna nail olsa, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması tezləşə bilər. Rəsmi Bakının gözləntiləri də bundan ibarətdir.

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə ilə danışıqlar fonunda Zəngəzurda dəmir yolunun tikintisi üçün işçi qrupu yaratdı. Bu da prosesin müsbət məcarada gedə biləcəyi ehtimalını yüksəldir. Çünki Türkiyənin şərtlərindən biri də budur.

Hesab edirəm ki, Ermənistan danışıqlar prosesində hər iki ölkənin ərazi bütövlüyünü tanımasa, danışıqlar çətin olacaq. Bunun üçün Ermənistan rəhbərliyi ölkə konstitusiyasına ciddi şəkildə əl gəzdirməlidir”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya Qarabağın etnik ermənilər yaşayan hissəsini delimitasiya və demarkasiya prosesindən kənar hesab edir: “Paşinyanın Qarabağın dağlıq hissəsi də daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıması mümkündür. O, bununla ermənilərin tarixi səhvini düzəldə bilər. Artıq Türkiyə də prosesin içindədir. Ankara İrəvanla bu məsələni də müzakirə edir”.