Ankarada FETÖ əməliyyatı: 47 həbs qərarıbackend

Ankarada FETÖ əməliyyatı: 47 həbs qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankara Respublika Baş Prokurorluğu FETÖ/PDY-nin Ankara maliyyə strukturuna qarşı apardığı araşdırmalar çərçivəsində 47 şübhəli barəsində həbs qərarı çıxarıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Baş Prokurorluq açıqlama verib.

Bildirilib ki, Terror Cinayətləri İstintaq Bürosunun FETÖ-nün Ankara maliyyə strukturu ilə bağlı apardığı təhqiqatda rabitə, qeyd, fiziki təqib və maliyyə analiz hesabatlarının tədqiqi nəticəsində, Təşkilat iyerarxiyasına daxil olan “maliyyələşdirmə”, “müavinətlərin yığılması”, “hesabların izlənilməsi” “kuryerlik” və “yerlə təminat” kimi təşkilati fəaliyyətlə məşğul olduqları müəyyən edilən 47 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

Şəhid Polis Məmuru Varol Tosun adlı əməliyyat çərçivəsində Ankara Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsi qruplarının 6 ilde şübhəliləri nəzarətə almağa davam etdiyi öyrənilib.