Ankaradan Qəzza hücumuna reaksiyabackend

Ankaradan Qəzza hücumuna reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi İsrailin Qəzza zolağına təşkil etdiyi hücumda aralarında qadın və uşaqların da olduğu 13 fələstinli həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı olaraq Ankaradan ard-arda sərt reaksiyalar verilib.

TBMM sədri Mustafa Şentop həmin hücumlarla bağlı yazılı açıqlama verərək hücumu lənətləyib: “Yüksək səslə bildirirəm ki, İsrail bölgəyə xaos gətirən və sülhü qeyri-mümkün edən bu qanunsuz və vəhşi hücumlara dərhal son qoymalıdır”.

Prezidentin sözçüsü İbrahim Kalın da sosial media hesabından açıqlama verib. O da hücumu lənətləyərək qeyd edib: “Fələstin xalqına qarşı hərbi hücumlar dərhal dayandırılmalıdır. Türkiyə haqlı davasında Fələstin xalqının yanındadır”.

NOCOMMENT.AZ