Anna Akopyan ABŞ-da etirazla qarşılanıb – VİDEObackend

Anna Akopyan ABŞ-da etirazla qarşılanıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı ABŞ-ın Los-Anceles hava limanında yerli erməni diasporunun nümayəndələri etiraz aksiyası ilə qarşılayıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, diasporun təmsilçisi Robert Markaryan bildirib: “Onu “Ali satqının arvadı!” şüarı yazılan plakatla qaşıladıq. O, başıaşağı, sifəti qızarmış şəkildə keçib getdi. Onlar bilməlidirlər ki, hara getsələr, belə səhnə ilə qarşılaşacaqlar”.

Sputnik Armenia Anna Akopyanın doğum günü ərəfəsində ABŞ-a səfərinin məqsədini öyrənə bilmədiyi barədə məlumat yayıb. Bildirilib ki, onun köməkçiləri Ester Saakyan və Alina Karapetyan agentliyin zənglərinə cavab verməyiblər.

Xatırladaq ki, bundan bir müddət əvvəl Anna Akopyan Moskvaya xüsusi səfər etmişdi. Onu iki qızı Məryəm və Şuşan, habelə mühafizə xidmətinin çoxsaylı əməkdaşı müşayiət etmişdi.