KoronaVirus İnformasiya Portalı
Anna Akopyan əshabı ilə rus ordusunu hədələdibackend

Anna Akopyan əshabı ilə rus ordusunu hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş nazirinin arvadı Anna Akopyan İrəvanda onu nə gözlədiyini təxmin edərək, Azərbaycanın işğal olunmuş ərazilərində dislokasiya nöqtəsini tərk etməkdən imtina edib.

NOCOMMENT xəbər verir ki, bu barədə Akopyan özünün feysbuk profilində yazıb.

“Mən və dəstəm mövqelərimizi qorumağa davam edirik. Bizə düşmən təxribatçılarının keçə biləcəyi dərəni qorumaq tapşırığı verilib. Bizə bu dərəyə nəzarət etmək və lazım gəldikdə, kimliyindən asılı olmayaraq, düşməni neytrallaşdırmaq barədə tapşırıq verilib”, – Akopyan bildirib.

Məntiqli sual yaranır: əgər müharibə Ermənistanın kapitulyasiyası ilə başa çatıbsa və onun qarşısında yalnız rusiyalı sülhməramlılar dayana bilərsə, Akopyan və onun qadın dəstəsi kiminlə vuruşmağı planlaşdırır? Anna rəqibin zərərsizləşdirilməsindən danışarkən “kim olursa olsun” ifadəsilə nə deməyə çalışır?

“Biz Ermənistana vaxtında qayıdacağıq. Öz dəstəmizi genişləndirib, daha peşəkar hazırlıqdan keçəyik”, – deyə Paşinyanın arvadı əlavə edib.

Qeyd edək ki, Anna Akopyan 13 qadınla birgə Azərbaycan Ordusu ilə müharibəyə qoşulmaq üçün torpaqlarımıza gəlmişdi.