Anna Akopyan Moskvada nə edir? – Deputat qardaşı danışdıbackend

Anna Akopyan Moskvada nə edir? – Deputat qardaşı danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyanın arvadı Anna Akopyan və iki qızı hələ də Moskvadadır.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim Mənim Addımım blokunun deputatı, A.Akopyanın qardaşı Qraçya Akopyan deyib.

O, Paşinyanın oğlu Aşotun da Rusiya paytaxtında olduğuna dair məlumatları təkzib edib.

“Bu, özəl səfərdir, vətəndaşlıqdan, mənzil almaqdan söhbət getmir. Anna Akopyanın Məryəm və Şuşan Paşinyanla ev seçmək üçün Moskvaya getmələri absurd xəbərdir. Düşünürəm ki, Moskvada evi seçmək üçün Şuşan Paşinyanın getməsi vacib deyildi”, – deyə Akopyan bildirib.

Qeyd edək ki, A.Akopyan övladları ilə bir müddət əvvəl Moskvaya gedib. Onun Moskvada ev alacağı və Rusiya qeydiyyatına düşmək üçün müraciət etdiyi bildirilirdi.

Erməni mediası bunu Paşinyanın ailəsini Ermənistandan qaçıtması kimi tirajlayıb.