Anna Akopyana axan milyonlar…backend

Anna Akopyana axan milyonlar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyanın rəhbərlik etdiyi “Mənim addımım” fonduna anonim ianələrin paradı davam edir.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.

“Bu il ərzində Fondun bir çox donorları yenidən arxa planda qalmağa üstünlük verdilər. 2021-2022-ci illərdə müvafiq olaraq 300 min və 5 min dollar, həmçinin ümumilikdə 109 milyon 636 min 468 dram məbləğində doqquz anonim pul köçürməsi olub. Dollar ifadəsində ümumi məbləğ 550 min dolları ötür. Bu gün hakimiyyət orqanları baş nazirin arvadının fonduna on minlərlə dolların anonim şəkildə köçürülməsində qeyri-adi heç nə görmürlər. Ola bilsin ki, anonim ianələr adı altında Paşinyanla iş adamları arasında münasibət gizlədilir və ya onlar aralarında “ortaq dil tapmağa” çalışırlar”, – deyə məlumatda qeyd olunub.