Anna Akopyandan şok: Rusiya düşmənimizdirbackend

Anna Akopyandan şok: Rusiya düşmənimizdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Separatçı deputat Metakse Akopyan Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla bağlı sensasion iddia irəli sürüb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, o, Xankəndidə II Qarabağ müharibəsi öncəsi Anna Akopyanın “parlament deputatları” önündə çıxış edərək, Rusiyanın Ermənistanın düşməni olduğunu dediyini bildirib.

Onun sözlərinə görə, Akopyan “parlament” qarşısında – “Özündən bir əsr boyunca müttəfiq obrazı yaradan dövlət (Rusiya) əslində bizim müttəfiqimiz deyil. Bu situasiyaya biz onların ucbatından düşmüşük və onlar hətta müttəfiqdən çox, düşmənlərimizdir. Biz Qərbə doğru hərəkət etməliyik”, – sözlərini söyləyib.

Metakse Akopyan Anna Akopyanın oxşar siyasəti müharibə dövründə də davam etdirdiyini deyib.