Antalyada gəmi batdı: 5 nəfər xilas edilibbackend

Antalyada gəmi batdı: 5 nəfər xilas edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Antalya vilayətinin Kumluca sahillərində xarici bayraqlı ticarət gəmisinin batması xəbəri üzərinə Sahil Mühafizə Komandanlığının axtarış-xilasetmə qrupları bölgəyə istiqamətləndirilib.

NOCOMMENT.az xəbər verir ki, Antalya valisi Ersin Yazıcı 14 ekipaj üzvündən ikisinin Sahil Mühafizəsinin helikopteri ilə xilas edildiyini bildirib.

Yazıcı daha 3 nəfərin digər ticarət gəmiləri tərəfindən xilas edildiyini, 9 nəfərin isə axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.

Sahil Mühafizə Komandanlığından verilən açıqlamaya görə batan gəmi İskəndərundan Ukraynanın İzmail limanına gedən Qvineya-Bisseu bayraqlı ticarət gəmisi olub.

NOCOMMENT.AZ