Antoni Blinken NATO-nun baş katibi ilə görüşübbackend

Antoni Blinken NATO-nun baş katibi ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin dövlət katibi Antoni Blinken Vaşinqtonda NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edib.

NOCOMMENT.az xəbər verir ki, onlar Rusiyaya qarşı mübarizədə Ukraynaya dəstək olduqlarını bir daha vurğulayıblar. Blinken BŞ Konqresini Ukraynaya yardıma qoyduqları bloku aradan qaldırmağa çağırıb.

O, həmçinin NATO müttəfiqlərinin Ukraynanın təhlükəsizliyinə verdiyi töhfələrdən də danışıb:

“Biz NATO-nun baş katibi ilə Ukraynaya dəstəyi müzakirə etdik. Ötən həftə NATO 220 min artilleriya mərmisinin istehsalı üçün 1,2 milyard dollarlıq müqavilə imzalayıb. Bu, müttəfiqlərə öz arsenallarını bərpa etməyə kömək edəcək və ABŞ-nin, Avropa İttifaqının, Ukraynanın müdafiə istehsalının artırılması səylərini tamamlayacaq.

Birləşmiş Ştatların Ukraynaya göstərdiyi dəstək son bir neçə ildə 75 milyard dollara yaxın olub. Lakin bizim tərəfdaşlarımız və müttəfiqlərimiz, xüsusən də NATO-nun əsas müttəfiqləri həmin müddət ərzində 110 milyard dollardan çox vəsait ayırıblar”.