Antonio Tayani: Sülh yolu ilə həll yaxın vaxtda görünmürbackend

Antonio Tayani: Sülh yolu ilə həll yaxın vaxtda görünmür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya Xarici İşlər Naziri Antonio Tayani Romada keçirdiyi mətbuat konfransında bildirib ki, Ukraynadakı münaqişənin 2025-ci ilin sonuna qədər bitməsi ehtimalı azdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Nazirin sözlərinə görə, o, pessimist olmaq istəmir, lakin tez bir zamanda sülh yolu ilə həllin görünmədiyini vurğulayıb. Bəyanat ölkənin nazirlər kabinetinin iclasından sonra verilib.

Tayani bildirib: “Müharibə bəzi insanların dediyi və düşündüyü qədər tez bitməyəcək… Pessimist olmaq istəmirəm, amma ilin sonuna qədər həll tapılacağını düşünmürəm.”