AP: Heqset Avropaya səfəri zamanı Kiyevə hərbi yardım elan etməyəcəkbackend

AP: Heqset Avropaya səfəri zamanı Kiyevə hərbi yardım elan etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqonun yeni rəhbəri Pit Heqset xaricə ilk səfəri zamanı Ukraynaya hərbi yardım barədə açıqlama verməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə adı açıqlanmayan amerikalı məmura istinadən Associated Press agentliyi məlumat yayıb.

Agentliyin mənbəsinin sözlərinə görə, nazir səfər zamanı ukraynalı həmkarları ilə də şəxsi görüşlər keçirməyi planlaşdırmır.

Pentaqonun yeni rəhbəri təxminən bir həftə davam edəcək xaricə ilk səfərində Almaniya, Belçika və Polşaya səfər edəcək. O, həmçinin Brüsseldə NATO-nun müdafiə nazirləri və Ukrayna üzrə təmas qrupunun iclasında iştirak edəcək.