Aparıcı Zaur Hacı Surxaya dəstək verdibackend

Aparıcı Zaur Hacı Surxaya dəstək verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Din xadimi Hacı Surxayın məhərrəmlikdə toylarla bağlı açıqlaması bir neçə gündür ki, gündəmdən düşmür.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, aparıcı Zaur Baxşəliyev də Hacı Surxayın sözlərinə münasibət bildirib.

O bu barədə şəxsi instaqram hesabında paylaşım edib: “Görəsən, “Qurani-Kərimdə Aşura günü toy etmək olmaz sözü” yazılmayıb”, – deyənlər Quranda yazılanlara riayət edirmi? Fərz edək ki, düz deyirsiniz, belə bir qadağa yoxdur. Bəs insanlar Quranın günah bildiklərini niyə edirlər? Məsələn, spirtli içki içmək, zina, qeybət, yetim haqqı yemək, “ev yıxmaq”, ağvalideyn olmaq, başqasının haqqına girmək, yalan danışmaq, oğurluq etmək və s.”

Qeyd edək ki, Hacı Surxay bir neçə gün öncə verdiyi açıqlamada Məhərrəm ayında ailə quranların 99 faizinin xoşbəxtliyinin, övladlarının sağlamlığının sual altında olduğunu söyləyib.