Aparıcının düşdüyü qəza haqda DYP-dən – Açıqlamabackend

Aparıcının düşdüyü qəza haqda DYP-dən – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı bəzi məqamlar üzə çıxıb.

NOCOMMENT.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə bu gün səhər saat 06:50 radələrində Xətai rayonu ərazisində – Zığ şosesi ilə Sadıqcan küçəsinin kəsişməsində 8 Noyabr prospekti istiqamətində baş verib. “Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri yolun hərəkət hissəsində aşıb və kənarda dayanmış “KİA”ya çırpılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, A.Səfərova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.