Apelyasiya Məhkəməsi: Daha bir hakim vəfat etdibackend

Apelyasiya Məhkəməsi: Daha bir hakim vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apelyasiya Məhkəməsinin hakimi Müseyib Hüseynov vəfat edib.

Vəkil Orxan Kəngərlinin NOCOMMENT-ə verdiyi məlumata görə, mərhum iyunun 28-də dəfn ediləcək. M.Hüseynov ağır xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, Hüseynov Müseyib Abbas oğlu 2000-2007-ci illərdə Ali Məhkəmənin hakimi, 2007-2011-ci illərdə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin sədri, 2011-2016-cı illərdə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin sədri vəzifəsində işləyib. 2016-cı ildən isə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasının hakimi kimi fəaliyyət göstərirdi.

Xatırladaq ki, M.Hüseynov son 15 gündə Bakı Apelyasiya Məhkəməsinin dünyasını dəyişən 3-cü hakimidir. Hakim Əflatun Qasımov iyunun 13-də, hakim Namiq Məmmədov isə iyunun 26-da vəfat etmişdi. Onların hər ikisi COVID-19-a yoluxubmuş.