“Apple” bütün əməliyyat sistemlərinin adlarını dəyişəcəkbackend

“Apple” bütün əməliyyat sistemlərinin adlarını dəyişəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin “Apple” şirkəti əməliyyat sistemlərinin adlarını yeniləməyi planlaşdırır.

NOCOMMENT.az bildirir ki, bu barədə “Bloomberg” məlumat verib.

Qeyd olunur ki, “iOS”un smartfonlar üçün yeni versiyasına 18 əvəzinə 26 rəqəmi veriləcək. Belə dəyişiklik bütün əməliyyat sistemlərinə, o cümlədən kompüterlərdə, smart saatlarda, televizor qoşmalarında və planşetlərdə istifadə olunan sistemlərə təsir edəcək.

Şirkət istifadəçilər və tərtibatçılar arasında çaşqınlığın qarşısını almaq üçün adların unifikasiyasına, həmçinin “iPad” üçün əməliyyat sistemini təkmilləşdirməklə onu ofis işləri üçün daha rahat etməyi planlaşdırır.\\Valyuta.az