9 sentyabr 2024-cü ildə “Apple”ın “Glowtime” tədbirində bir çox yeni məhsullar, xüsusilə “iPhone 16” və ailəsi istifadəçilərinə təqdim edilib. Lakin 2024-cü ildə təqdim edilən məhsullarla yanaşı, uzun müddət maraqla gözlənilən, amma heç təqdim olunmayan məhsullar da var idi. Məsələn, “iPhone SE 4” çoxdan gözlənilən məhsullardan biridir. Təbii ki, “iPhone 17” və onun ailəsi haqqında böyük maraq var.
Bəs 2025-ci ildə hansı “Apple” məhsulları təqdim ediləcək?
NOCOMMENT.az xəbər verir ki, çox gözlənilən məhsullar bunlardır:
“iPhone 17 və ailəsi”
“iPhone SE 4”
“13” və 15” MacBook Air” (M4 prosessoru ilə)
Yeni “11” və 13″ iPad Air”
“Apple Home Hub”
“AirTag 2”
“iPhone 17 və ailəsi”
9 sentyabr 2024-cü ildə “iPhone 16” və ailəsini təqdim edən “Apple” ilin son günlərinə qədər tənqid hədəfi olub. Uzun müddətdir “iPhone 16” seriyasını gözləyən istifadəçilərdən bəziləri məyus olsa da, bəziləri gözləntilərinin doğrulduğunu və bu telefonu almaq üçün növbəyə düzülənlər arasında olduğunu bildirib.
2025-ci il hədəfləri arasında təbii ki, “iPhone 17” və onun ailəsi var. Əslində, bir neçə ay əvvəl “iPhone 17 Pro” və “iPhone 17 Pro Max” modellərində əhəmiyyətli dizayn dəyişikliklərinin olacağı ilə bağlı məlumatlar ortaya çıxdı.
Yarı şüşə, yarı alüminium arxa panellərin “iPhone 17” seriyası ilə istifadəçilərə təqdim ediləcəyi sızması bu iddialardan yalnız biridir. Təbii ki, “iPhone 17” ailəsinin istifadəçilərə hansı təcrübə təqdim edəcəyi və hansı xüsusiyyətlərə sahib olacağı təqdimat günü bəlli olacaq.
“iPhone SE 4”
“iPhone SE 4” 9 sentyabr 2024-cü ildə iPhone 16 ailəsi və digər “Apple” məhsullarının təqdim edildiyi gecə gündəmdə olması gözlənilən bir cihaz idi. Ancaq gözlənilən baş vermədi və istifadəçilərin çoxdandır gözlədiyi “iPhone SE 4” 2024-cü ildə təqdim olunmadı.
Bununla belə, maraqla gözlənilən cihazın 2025-ci ildə istifadəçilərlə görüşməsi planlaşdırılır. “SE” seriyası ümumiyyətlə standart “iPhone”larla müqayisədə daha sərfəli qiymətlərlə satışa təqdim edilən, eyni zamanda müasir texniki xüsusiyyətlərə malik cihazlardır.
“13” və 15” MacBook Air” (M4 prosessoru ilə)
2025-ci il “Apple” həvəskarları üçün çox aktiv bir il olacaq. Daha bir sürpriz “MacBook Airs”dən gələcək. İddiaya görə, “Apple” 2025-ci ilin birinci yarısında 13 və 15 düymlük ölçülərdə və M4 prosessorlu “MacBook Air” modellərini təqdim edəcək.
Yeni 11 və 13 “iPad Air”
İnnovasiya qalibləri arasında “iPad” seriyası da var. 11 düym və 13 düym 11-ci nəsil “iPad Air” modelləri heç bir problem olmadığı təqdirdə 2025-ci ilin ilk yarısında təqdim ediləcək məhsullar arasında olacaq . Onun aparat xüsusiyyətləri, əlbəttə ki, artıq böyük maraq doğurur.
“Apple Home Hub”
“Apple”ın uzun müddətdir haqqında danışılan məhsulu “Home Hub”ın 2025-ci ilin yazında təqdim ediləcəyi təxmin edilir. Amma biz gözləyəcəyik və görəcəyik ki, bu cihaz inqilabi məlumat ekranı və ya ev köməkçisi olacaq.
İstifadəçilər “Apple Home Hub”dan istifadə edə bilərlər. Onu musiqi pleyeri, yataq saatı, resept kitabı və ya rəqəmsal foto çərçivə kimi istifadə edə bilərsiniz. Həmçinin onun “FaceTime” zəngləri etmək və “HomeKit” cihazlarını idarə etmək kimi əsas funksiyaları təklif edəcəyi gözlənilir.
“AirTag 2”
“AirTag” ev heyvanları və uşaqlar və ya hər hansı digər məqsədlər üçün “Apple”ın izləmə cihazıdır. Hesablamalara görə, yeni nəsil “AirTag” yəni onun daha təkmil versiyası 2025-ci ildə istifadəçilər üçün əlçatan ola bilər.
Yenə də “Air Tag 2″nin təkmil ultra genişzolaqlı (UWB) çipinə və daha uzun məsafəli və daha həssas izləmə xüsusiyyətlərinə malik olacağı gözlənilir. Təbii ki, “Apple” sürprizlərlə dolu olduğundan 2025-ci ildə nə olacağı bilinmir.\\Valyuta.az