Apple və Google-dan Türkiyəyə dəstəkbackend

Apple və Google-dan Türkiyəyə dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Episentri Kahramanmaraş olan zəlzələlərdən sonra Apple və Google Türkiyə və Suriyanın yaralarının sağalmasına kömək edəcəklərini açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Türkiyəyə yardımlar davam edir.

Apple və Google-dan Türkiyəyə dəstək mesajları gəldi. Apple və Google zəlzələ bölgəsindəki yaraları sağaltmaq üçün ianə edəcəklərini açıqladı. Apple baş direktoru Tim Kuk sosial media hesabından verdiyi açıqlamada başsağlığı dilədi və “Türkiyə və Suriya xalqına və dağıdıcı zəlzələlərdən zərər çəkən hər kəsə başsağlığı veririk. Apple yardım və xilasetmə işlərinə ianə verəcək” dedi.

Google-un ana şirkəti Alphabet-in CEO-su Sundar Pichai deyib: “Türkiyə və Suriyada baş verən zəlzələlərdən sonra dağıdıcı itkilər verən hər kəsin kədərini bölüşürük. Proses haqqında təcili məlumat vermək üçün SOS siqnallarını işə saldıq və @Googleorg və Google işçiləri kömək edir və xilas edir. Onların işinə dəstək olacaq”.