Aprelin 1-dən ölkədə karantin sərtləşdirilir? – AÇIQLAMAbackend

Aprelin 1-dən ölkədə karantin sərtləşdirilir? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Karantin qaydalarının sərtləşdirilməsi epidemioloji vəziyyətə görə qəbul edilir. İndi vəziyyət pisləşməyə doğru gedir və yoluxma potensialı artır”.

NOCOMMENT xəbər verir ki, bu sözləri baku.ws-ə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, insanların təmaslarının mümkün qədər qarşısı alınmalıdır: “İctimai nəqliyyatda sıxlığın, restoran və şadlıq evlərində müəyyən tədbirlərin keçirildiyi, insanların təmasları ayrı-ayrı yerlərdə kifayət qədər mövcud olduğu halda karantin qaydalarının bir tərəfli sərtləşdirilməsi fayda vermir.

Hesab edirəm ki, karantin göstərişlərini (maska taxmaq, əlləri dezinfeisya etmək və məsafə saxlamaq) gözləməklə, vəziyyəti stabil saxlamalıyıq.

Amma yoluxma sayı artarsa, sərt karantin olacaq. Çünki biz ikinci dalğa zamanı da gördük ki, xəstəxanada yer tapılmır, ölənlərin sayı çox olur, amblator xidmət üçün dərman ajiotajı yaşanır. Fikrimcə, vəziyyət nə qədər pisləşməyib, müəyyən qaydalar qəbul olunmalıdır. Amma qaydalar elə qəbul olunmalıdır ki, hər tərəfi əhatə etsin.

Sosial həyatın bir tərəfində sərt karantin olduğu halda, digər tərəfində müəyyən təmaslar üçün imkanlar olmamalıdır. Belə olan halda karantinin faydası olmayacaq. Biz eşidirik ki, toylar da olur, restoranlar da dolur, kifayət qədər oynayanlar da olur. Əgər karantin elan olunursa, buna ciddi əməl edilməlidir. Yolxuma sayı yüksək rəqəmlərlə ölçülsə, mütləq sərt tədbirlərə gedilməlidir”.