Aprelin pensiyası nə vaxt ödəniləcək? – RƏSMİbackend

Aprelin pensiyası nə vaxt ödəniləcək? – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müəyyən edilmiş qrafikə əsasən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, digər bölgələrdə isə pensiya ödənişləri 20-28-i aralığında ödənilir.

NOCOMMENT.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun Mətbuat Katibi Rəşad Mehdili Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, aprel ayının ödənişlərinin verilməsi barədə yaxın günlərdə məlumat veriləcək.

“Əvvəlki aylarda olduğu kimi cari ayın pensiyası ay yekunlaşmadan bank kartlarına köçürüləcək”.