Aqrar İnkişaf Könüllüləri Heydər Əliyevin abidəsini ziyarət ediblərbackend

Aqrar İnkişaf Könüllüləri Heydər Əliyevin abidəsini ziyarət ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aqrar İnkişaf Könüllüləri Heydər Əliyevin abidəsini ziyarət edərək anım günündə dahi lideri yad ediblər.

KTN-dən NOCOMMENT.az-a bildiriblər ki, 2 dekabr – Ümumilli Lider, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının regionlarda fəaliyyət göstərən könüllüləri onun abidəsini ziyarət ediblər. Belə ki, könüllülər Ulu Öndərin məzarı qarşısına gül dəstələri qoyaraq böyük ehtiramla yad ediblər.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan imtina edib.

Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.