Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün Qarayara, çiçək və infeksion nodulyar dermatit xəstəliklərinə qarşı peyvənd vasitələrinin satın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, qərara səbəb kimi satınalmada iştirak etmək üçün tələb olunan sənədləri təqdim edən və müvafiq lisenziyaya malik təchizatçıların sayının üçdən az olması göstərilib.
Layihənin ehtimal olunan qiyməti 3 milyon 185 min 61 manat təşkil edirdi.