Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi “BMW” markalı “740 Li” modelli avtonəqliyyat vasitəsinə texniki xidmət göstərilməsi ilə bağlı satınalma həyata keçirib.
NOCOMMENT.az xəbər verir ki, xidmətin icrası İmprotex Motors Məhdud Məsuliyyətli Müəssisəsinə həvalə olunub.
Müqavilənin məbləği 4.838,4 AZN təşkil edir.
Satınalma çərçivəsində sözügedən nəqliyyat vasitəsinə texniki baxış və digər servis xidmətlərinin göstərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “İmprotex Motors”un sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus olduğu bildirilir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlidir. /32gun.az/













