AQTA-dan kütləvi zəhərlənmə ilə bağlı AÇIQLAMAbackend

AQTA-dan kütləvi zəhərlənmə ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay rayonunda iftar süfrəsində kütləvi zəhərlənmə qeydə alınıb.

Bu barədə NOCOMMENT-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis baş leytenantı Mahir Mənsimov deyib.

O bildirib ki, hadisə aprelin 18-də rayonun iÇərəkə kəndndə qeydə alınıb.

Belə ki, iftar süfrəsinə toplaşan 10 nəfər zəhərlənib.

“Bu barədə Göyçay Rayon Polis Şöbəsinə Rayon Mərkəzi Xəstəxanasından məlumat daxil olub. Şöbədə ilkin araşdırma aparılıb. İlkin ehtimala görə, həmin şəxslər pomidordan zəhərləniblər. Hazırda zəhərlənən şəxslər ambulator şəraitdə müalicə alırlar. İş üzrə toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib”, – deyə DİN rəsmisi vurğulayıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) report-a bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb: “Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”.