AQTA qida məhsulları idxal edən sahibkarlara müraciət etdibackend

AQTA qida məhsulları idxal edən sahibkarlara müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida məhsulları idxal edən sahibkarlıq subyektlərinə müraciət edib.

NOCOMMENT.az xəbər verir ki, AQTA tərəfindən idxal olunan yeyinti məhsullarına, qablaşdırma materiallarına və qida ilə təmasda olan məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsi 1 iyun 2020-ci il tarixindən yalnız Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə qəbul ediləcək.

Artıq Agentlik bununla bağlı əksər sahibkarlıq subyektləri ilə videotəlimlər keçirib. Eyni zamanda videotəlimlərdə iştirak etməyən sahibkarlıq subyektlərinə həmin təlimlərin videoyazısı elektron formada göndərilib.

Qeyd edək ki, sahibkarlıq subyektləri birbaşa iş yerlərindən AQTİS vasitəsilə Agentliyə müraciət edərək qida təhlükəsizliyi sertifikatlarını şəxsi kabinetlərindən elektron qaydada əldə edəcəklər.