AQTA üçün xidməti avtomobillərin say həddi müəyyənləşdi – QƏRARbackend

AQTA üçün xidməti avtomobillərin say həddi müəyyənləşdi – QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişiklik edib.

NOCOMMENT.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat və Ərazi və yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi müəyyənləşib.

Belə ki, Agentlik üçün ayrılan xidməti minik avtomobillərinin sayı 22 olur. Avtomobillərin 11-i aparat üzrə, 11-i isə ərazi və yerli bölmələri üzrə verilir.