“Özünü qondarma respublikanın rəhbəri kimi təqdim edən Araik Arutunyanın qısa müddətdə istintaqa təqdim edilməsi gözlənilir. Bu barədə fevralın 15-də Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov məlumat verib. O bildirib ki, bu istiqamətdə istintaq hərəkətləri davam etdirilir”.
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov separatçıların hər addımının nəzarət altında olduğunu deyib:
“Onların hər addımı nəzarət altındadır. Azərbaycan hərbçilərinin separatçıların ərazilərimizdə səngər qazmalarına maneçilik törətmələri də bunun sübutudur. Bu, həm də onun isbatıdır ki, Azərbaycan əsgərinin separatçıların taktiki və strateji dərinlik hesab etdiyi nöqtələrə, qurduqları oyuncaq sığınacaqlara sızması və lazımi əməliyyatlar həyata keçirməsi asan məsələdir”.
Ekspert Araik Arutunyanın hərbi əməliyyatla ələ keçirilməsini də mümkün hesab edir:
“Ona görə də silahlı ünsürlər ya silahı atıb özlərini könüllü şəkildə Azərbaycanın mühakiməsinə təslim etməlidir, ya da başqa yollarla onların istintaqa cəlbi reallaşacaq. Arutyunyanın zamana qədər tutulmadığına gəlincə, bunun səbəblərini müvəqqəti situasiya ilə əlaqələndirmək lazımdır. Rusiya sülhməramlılarına gəlincə, nəzərə alaq ki, Azərbaycan öz ərazilərində hərbi komponentləri də özündə ehtiva edən hüquqi tədbirlər həyata keçirmək səlahiyyətinə malikdir. Amma Bakı bu məsələni sülhməramlılarla konfliktə girmədən həll etmək istəyir və bu mövzuda Rusiya ilə danışıqlar aparır. Yəni Arutyunyanın Azərbaycan Baş Prokurorluğunun sanksiyası ilə həbsi, yaxud əməliyyatla tutulması istisna deyil”.