Araik Arutyunyan bu işə görə dindirildibackend

Araik Arutyunyan bu işə görə dindirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutyunyan sabiq müdafiə naziri general Mikael Arzumanyan barəsində başlanılan cinayət işi çərçivəsində dindirilib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Joğovurd” qəzeti yayıb.

Xatırladaq ki, avqustun 30-da Mikael Arzumanyan barəsində 44 günlük müharibə zamanı vəzifə öhdəliklərinə səhlənkarlıqla yanaşmaq ittihamı irəli sürülərək saxlanılıb. Belə ki, o, Şuşanın Azərbaycana təslim edilməsində günahlandırılır. Daha sonradan məhkəmə Arzumanyanın həbs olunması barədə qərar qəbul edib.

Ermənistan mediası bir müddət əvvəl sözügedən cinayət işində Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan və ölkənin Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi Onik Qasparyanın da adının hallanacağının istisna edilmədiyini yazıb.

Qeyd edək ki, Mikael Arzumanyan 2020-ci ilin oktyabrından 2021-ci ilin sentyabrına qədər Qarabağdakı qondarma rejimin müdafiə naziri olaraq fəaliyyət göstərib.