Araik Arutyunyan dindirildibackend

Araik Arutyunyan dindirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı separatçıların başçısı Araik Arutyunyan konstitusiya quruluşunun devrilməsi işində şahid qismində dindirilib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Arutyunyan dindirilmə zamanı Ermənistanda baş verən bəzi hadisələrin, o cümlədən 44 günlük müharibənin səbəb-nəticələrinin müəyyənləşdirilməli olduğunu bildirib.

Xatırladaq ki, separatçıların prokuroru martın 2-də konstitusiya quruluşunun devrilməsi ilə bağlı cinayət işi başlatdığını elan etmişdi. O, 12 dekabr 2020-ci il tarixdə bir sıra ictimai təşkilatlardan aldığı cinayət hesabatına baxıldıqdan sonra bu qərara gəldiyini bildirmişdi.